Namaz qılıb, başını bağladı, ərinə namərhəm dedi… sonra Suriyaya qaçdı – VİDEO

15.02.2016 - 11:31

rr“Hər şey həyat yoldaşım Pərvanə Əhmədovanın qonşuluqda yaşayan Rəsulovlar ailəsinə qoşulmasından sonra oldu. Onlara gedib-gələndən sonra dinlə məşğul olmağa başladı. Əvvəlcə namaz qıldı, başını bağladı, bir söz demədim, amma sonra məndən uzaqlaşmağa başladı”. Bu sözləri Bakı şəhər sakini, 39 yaşlı İlqar Yusifov deyir. O, 2003-cü ildə Pərvanə Əhmədova ilə evlənib. Nəzrin və Lalə adında iki övladları dünyaya gəlib. Namaza başlayandan sonra isə həyat yoldaşı ona “sən naməhrəmsən” deyib və birlikdə yaşamaq istəməyib.
İlqar Yusifov deyir ki, Pərvanə rəfiqəlik etdiyi Əfsanə Rəsulovanın təhriki ilə ondan boşanmaq istəyib. Hətta bir müddət bacısıgildə yaşayıb. Böyüklərin işə qarışması nəticəsində qadın evinə dönüb. Amma bu vəziyyət uzun sürməyib. Bir müddətdən sonra Pərvanə Əhmədova yenidən ailləsini tərk edib və dindar yoldaşları ilə yaşamağa başlayıb.
Həyat yoldaşını tapa bilməyən İlqar Yusifov tanışlar vasitəsilə ona xəbər yollayaraq, Milli Təhlükəsizlik Nazirliyinə şikayət etdiyini dedikdən sonra qadın yenidən ailəsinə dönüb. İlqar Yusifov deyir ki, MTN-ə müraciət etsə də, verilən vədlərin heç bir nəticəsi olmayıb. Pərvanə Əhmədova boşanıb. Məhkəmənin 30 dekabr 2014-cü il tarixli qərarı ilə uşaqlar anada qalmalı olub. İlqar Yusifov iddia edir ki, Pərvanə Əhmədova qoşulduğu cərəyanın vasitəsilə övladlarını da götürüb Suriyaya keçib. İlqar Yusifov bu işdə MTN və prokurorluq orqanlarını günahlandırır.

Short URL: http://www.cumhuriyyet.net/?p=53653

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728