Polislər də cərimələnəcək – VİDEO

16.02.2016 - 10:26
polisBəzən texniki vasitələrin qeydə aldığı qayda pozuntuları ilə bağlı tərtib edilən protokollar sürücünün ünvanına göndərilsə də, elektron sistemə vaxtında yerləşdirilmir. Bu isə sonradan sürücülərin narahatlığına səbəb olurdu. 
Cümhuriyyət.az “Xəzər Xəbər”ə istinadən məlumatına görə, bu problemi həll etmək üçün inzibati xətalar məcəlləsində dəyişikliklər edilib.
Sürücülərin belə narazılıqlıqlarına son qoyulur. Mayın 1-də qüvvəyə minəcək inzibati xətalar məcəlləsindəki yeniliklərdən biri nəzərdə tutur ki, protokol tərtib edildiyi vaxtdan 1 ay ərzində sistemdə görünməsə ləğv edilsin.
Digər dəyişiklik isə protokollarla bağlı məlumatları ödəmə məntəqələrinin də görə biləcəyi sistemə yerləşdirməyən polislərin cəzalandırılmasını nəzərdə tutur. Məqsəd cərimələrin şəffaf və operativ şəkildə ödənməsini təmin etməkdir.
Cərimələrin mərkəzi informasiya sistemində görünməməsi texniki səbəbələrlə və yaxud cəriməni sistemə daxil edən polis əməkdaşının diqqətsizliyi ilə əlaqələndirilirdi. Gözlənilir ki, cərimələr onların məsuliyyətini daha da artıracaq.
Bununla yanaşı bir sıra digər problemlər də öz həllini tapacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=53833

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728