Milyonları şoka salan video: Ölmüş oğul anasını sakitləşdirir – VİDEO

17.02.2016 - 11:47

coy-qandaBu videonu 7 yaşlı oğlunu itirmiş ana Facebook səhifəsində yayandan sonra görüntülərə 26 milyon nəfər baxıb.

Videodakı səhnə inanılmazdır. Sanki vəfat etmiş oğul ağlayan anasını sakitləşdirməyə, onu toxtatmağa çalışır.

Bizimyol.info Milli.Az-a istinadən bildirir ki, video Filippində çəkilib.

7 yaşlı oğlu Trebbinin dəfn mərasimində kilsədə oturmuş Coy Qanda Vibar-Alamares ağlayanda qəribə hadisə yaşanıb.

Trebbinin tabutunun yanına bağlanmış ağ şarlardan birinin ipi qəflətən qopub. Şar ahəstə şəkildə, havada pərvaz edərək Coya yaxınlaşıb. Coy təəccüblə şara baxıb və ona fikir verməyib.

Lakin şar qadının başı üzərində süzəndən sonra onun alnına, çiyinlərinə toxunmağa başlayıb. Hava şarı sanki Coyu sığallayır, onu sakitləşdirməyə və toxtatmağa çalışırdı.

Sosial şəbəkələrdə şok effekti yaratmış videonu şərh edənlər bu şarın balaca Trebbinin ruhu olduğunu, oğlunun bu minvalla anasını sakitləşdirərək onunla vidalaşdığını yazıblar.

Video Filippinin Albay vilayətindəki Leqazpi şəhərində, “Nuestra Senora de Salvacion Funeral Home”da çəkilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54083

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728