Ağsuda şəhid ailəsi sosial gərginliyin məngənəsində
Ağsu rayonundan cumhuriyyət. az-ın elektron poçtuna şikayət daxil olub. Şikayətdə Ağsu rayonunun Çiyni kənd sakini, şəhid ailəsi cumhuriyyət. az-a müraciət edir və ailənin hazırki durumunu kiv-də ictimailəşdirməyimizi xahiş edir. Ümumiyyətlə, son vaxtlar Ağsu rayonundan şikayətlərin ardı-arası kəsilmək bilmir. Şikayətçilər əsasən rayon rəhbərliyindən şikayət edərək, rəhbərliyin yarıtmaz fəaliyyətindən cana doyduqlarını qeyd edirlər. Cumhuriyyət. az olaraq həmin şikayəti yazılı və video müsahibə şəklində dəyərli oxucularımıza təqdim edirik:
Mən Ağsu rayonu Çiyni kənd sakini, şəhid bacısı Nərminə Həsənova qeyd edirəm ki, qardaşım 1992-ci ildə Qarabağ müharibəsində itkin düşüb. Sonradan qardaşıma şəhid statusu verildi. Qardaşımdan günü bu günə kimi heç bir məlumatımız yoxdur. Anamın doğsan (90) yaşı var. Mən üç dəfə ağır əməlliyata məruz qaldığım üçün həkim ailə qurmağıma icazə vermədi. Uzun illərdir ki, anamla birlikdə yaşayırıq. Anam aylıq təqaüd və şəhid verdiyi üçün hökumətin təyin etdiyi məvacibi alır. Olduqca çətin durumda yaşayırıq. Mənim ağır əməlliyata məruz qalmağımla bağlı həkimin verdiyi möhürlü sənədlərin hamısı məndədir. Ancaq bütün bunlara baxmayaraq mən lazımı yerlərə müraciət etsəm də təqaüd təyin etmədilər. Yaxşı, anam bu gün var, hələki onun aldığı məvaciblə dalanıram. Bəs sabah anam olmayanda mənim vəziyyətin necə olacaq? Anam olmayanda mən küçələrə düşməliyəm? Rayon rəhbərliyindən heç kim vəziyyətimizlə bağlı maraqlanmır. Qardaşım şəhid olub, bu illər ərzində hələ bir rəhbər şəxs gəlib şəhid anasının vəziyyəti ilə maraqlanmayıb. Şəhid ailəsinə qoyulan qiymət budurmu? Mən üzümü prezidentimizə tutub xahiş edirəm ki, mənə köməklik göstərmələri üçün müvafiq orqanlara göstəriş versin. Mən birinci xanım Mehriban Əliyevadan xahiş edirəm ki, mənə yardım etsin. Ya mənə xəstəliyimlə bağlı təqaüd verilsin, ya da ki, ünvanlı yardım verilsin. Mən vətən üçün qardaşımı qurban vermişəm. Nədi, mənim buna haqqım çatmır?
Redaksiyadan:Yazıda adları keçən bütün şəxslərin də fikirlərini dinləyib dərc etməyə hazırıq. Video müsahibəni təqdim edirik.
Elçin İsmayıllı. Cumhuriyyət. az
Short URL: http://www.cumhuriyyet.net/?p=54218