Saxta dərmanlar satılır: necə ayırmaq olar? (VİDEO)

18.02.2016 - 23:58

rrSaxtalaşdırılmış bitki dərmanlarının satışının qarşısı alınıb. Bu fakt Kənd Təsərrüfatı yanında Fitosanitar Nəzarət Xidmətinin həyata keçirdiyi yoxlamalar zamanı aşkarlanıb.
Bərdə rayonunda Rəfael Məhərrəmov, Cəlilabad rayonunda isə Rüstəm Şəbiyev adlı şəxslərin mağazalarında Fransa istehsalı olan “Kurzat” adlı preparatın saxtası müəyyən olunaraq götürülüb. Fitosanitar Nəzarət Xidmətinin Toksikologiya Və Keyfiyyətə Nəzarət Mərkəzinin Rəhbəri Yaqub İbrahimov deyib ki, yararlı olmasına şübhə edilən preparatlar onların əsli ilə laboratoriya şəraitində müqayisə edilib.
Adətən bitkilərin məhvedicilərdən qorunması üçün istifadə edilən “Kurzat” preparatlarının saxta nümunələrinin ortaya çıxması ümumiyyətlə bitki dərmanlarının orijinalının saxtasından fərqləndirilməsi məsələsini gündəmə gətirib.
Fitosanitar Nəzarət Xidməti qanunvericiliyin tələblərinin pozulması ilə bağlı toplanmış sübutları hüquqi qiymət verilməsi üçün Respublika Baş Prokurorluğuna təqdim edib. /Xezerxeber.com/

Short URL: http://www.cumhuriyyet.net/?p=54450

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728