Gürcüstanda azərbaycanlı qız qaçırıldı – Ara qarışdı

22.02.2016 - 02:31

rrGürcüstanda azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) kəndində qız qaçırılması insidentə səbəb olub. APA-nın məlumatına görə, hadisə fevralın 19-da baş verib. Qaçırılan S. Bayramovanın valideynləri və qohumları hadisə ilə bağlı polisə müraciət edib, cinayət işi qaldırmağı və qızı qaçıranların həbs edilıməsini tələb ediblər.
Qaçırılan qızın valideynləri və yaxın qohumları bu gün polisin onların müraciətinə laqeyd yanaşdığını söyləyərək, Tiflis-Rustavi magistralını bağlamağa cəhd ediblər. Polisin yol patrul xidməti bu cəhdin qarşısını alıb.
Qaçırılan qızın anası Nailə Qurbanova Gürcüstanın “Rustavi-2” kanalına açıqlamasında övladının yeri barədə polisə məlumat verildiyinə baxmayaraq, hadisə ilə bağlı axtarış aparılmadığını bildirib. Onun sözlərinə görə, qızı Marneuli rayonuna qaçırılıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən isə faktla bağlı Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə cinayət işi qaldırıldığı bildirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54793

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728