“Texnika Bank”ın işçiləri maaşlarını ala bilmirlər
Lisenziyası ləğv edilən “Texnika Bank” ASC-nin keçmiş əməkdaşları maaşlarını ala bilmirlər.
“Qafqazinfo”ya müraciət edən şikayətçilərin sözlərinə görə, qorunan əmanətlərin ödənilməsi üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən agent bank seçilən “Muğanbank” ASC maaşların ödənilməsində ləngimələr yaradır. Müştərilər xidmətin aşağı səviyyədə olduğunu, bank qarşısında növbələr yarandığını bildirirlər. Keçmiş bank əməkdaşlarının sözlərinə görə, əmanətlər verilsə də, “Muğanbank” cari hesablarda olan pulları vermir. Bankdan bildiriblər ki, əvvəlcə əmanətlər qaytarılacaq, daha sonra cari hesabda olan pullar ödəniləcək.
Məsələ ilə bağlı “Qafqazinfo” “Muğanbank”la əlaqə saxlayıb və bankdan bildirilib ki, istər maaşlar, istərsə də depozitlərin ödənişi artıq ötən həftədən həyata keçirilir. Növbə yaranmasına gəlincə isə, “Muğanbank”dan bildirilib ki, bank gün ərzində cəmi 50 nəfəri qəbul edə bilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=54888