“Topaz” məhkəməyə verilir! – FOTO

22.02.2016 - 14:25
topazXəbər verdiyimiz kimi, 18 fevral tarixində Bakıda vətəndaşlardan biri “Topaz”da pul udsa da, o, uduşunu ala bilməyib. Belə ki, “At Yarışı” oynayan mərc həvəskarının proqnozu özünü doğruldub. Amma kuponu təqdim edərkən ona uduşun əvəzinə kupona yatırdığı 2 manat geri ödənilib.
Vətəndaş isə bunun səbəbini araşdırmaqda maraqlıdı. İddia edilir ki, kupon oynanılarkən yarış başlayıb və ona görə geri ödəniş olub. Maraqlıdı, əgər yarış başlayıbsa, bəs onda niyə terminal mərci qəbul edib? Təbii ki, bu, “Topaz”da olan boşluq və səhlənkarlıqdı. Bunu bir növ fırıldaq da adlandırmaq olar və bu, onlara sərf edir. Çünki bu məsələdən xəbərdar olmayan şəxs “At yarışı” oynayacaq və uduzacağı halda kuponu cırıb atacaq. Udacağı halda isə belə məyusluq yaşayacaq.
Artıq belə halın baş verməməsi üçün “Topaz” məhkəməyə verilir. Bunu sport7.az-a sözügedən kuponun sahibi bildirib. Onun sözlərinə görə, çox güman ki, belə hallar  dəfələrlə yaşanır. Buna görə də o, “Topaz”a təzminat davası açacağını istisna etməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54911

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728