“Beşiktaş”lı futbolçulardan azərbaycanlı gəncə duyğulandıran jest – VİDEO

23.02.2016 - 12:51
bs“Beşiktaş” futbolçuları azərbaycanlı gəncə dəstək verib. 
BAKU.WS-in məlumatına görə, Bakıda anadan olmuş Azərbaycan vətəndaşı İbrahim Fərhadlı lekemiya xəstəliyindən əziyyət çəkir. Bakı Dövlət Universitetini bitirən 2 yaşlı gənc İstanbul Texniki Universitetinə daxil olmaq üçün Türkiyəyə gedib. İmtahanlara hazırlaşan İbrahimin həyatı bir anda dəyişib. Gənc oğlan burun qanaması keçirməsindən sonra yanvar ayının əvvəlində xəstəxanaya yerləşdirilib.
İbrahimə lekemiya diaqnozu qoyulub. Kimyaterapi müalicəsinə başlayan İbrahim bir müddət xəstəxanada yatıb. Həkimlər infeksiya riski səbəbindən İbrahimin anasından başqa kimsəylə görüşməsinə icazə vermir. Vətəndaşlığı və Sosial zəmanəti olmadığı üçün müalicəsini özəl bir xəstəxanada davam etdirmək məcburiyyətində qalan İbrahim üçün yaxınları yardım kampaniyası təşkil edib. İstanbul valiliyinin dəstəyi ilə kampaniya daha geniş şəkildə təşkil edilib.
İbrahimə ən böyük dəstək isə fanatı olduğu “Beşiktaş”lı futbolçularından gəlib. Mario Qomez, Olcay Şahan, Gökhan Töre, Günay Güvenç, Cenk Tosun və Tolqa Zengin azərbaycanlı gəncə dəstək mesajları göndərib. Futbolçular bununla yanaşı, imzaladıqları formanı İbrahimə göndərib. Rokçu Hayko Cepkin də İbrahimə dəstək verənlər arasında olub. “Beşiktaş”lı futbolçular və Cepkinin mənəvi dəstəyinə görə təşəkkür etmək istəyən İbrahim öz videosunu çəkərək sosial şəbəkədə paylaşıb.
İki gün əvvəl ad gününü qeyd edən İbrahimə yaxın günlərdə ikinci dəfə kimyaterapiya müalicəsi tətbiq olunacaq. Bundan sonra isə gənc oğlana ilik nəqli ediləcək. 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=55058

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728