Gəncəli futbolsevərlərə şad xəbər: Gəncə stadionunda tamaşaçı yeri artacaq

24.02.2016 - 15:27

genceGəncə şəhər stadionuna cari mövsümün sonuna qədər daha 2 min oturacaq quraşdırılacaq.

Bu barədə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov məlumat verib.

Onun sözlərinə görə, indiyədək 4 min oturacaq quraşdırılıb. M.Cəfərov stadionun əsaslı təmirə ehtiyacının olduğunu bildirib: “Hələlik futbol meydanının kənarına – qaçış üçün ayrılan əraziyə asfalt çəkilib. Yararsız hala düşməməsi üçün ot örtüyünə mütəmadi olaraq gübrə verilir. Təbii ki, stadionun əsaslı təmirə ehtiyacı var. Amma bu barədə məlumat olmadığı üçün təmirin nə vaxt həyata keçiriləcəyini deyə bilmərəm”.

Qeyd edək ki, Gəncə şəhər stadionu yerli İdman və Gənclər Baş İdarəsinin balansındadır. Mövsümün əvvəlində stadionda yüngül təmir işləri aparılıb. (“Report”)

Short URL: http://www.cumhuriyyet.net/?p=55316

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031