Ermənilər Xocalını satırlar – FOTOLAR

25.02.2016 - 13:47
xocaliErmənilər Azərbaycanın işğal altındakı Xocalı şəhərindən öz çirkin məqsədləri naminə hər cür istifadə edməkdədirlər.
Cümhuriyyət.az modern.az-a istinadən bildirir ki, əməkdaşı ermənilərin daşınmaz əmlak satışına dair elanlar yerləşdirdiyi saytlardan birində Xocalıya aid yeni xəbərlə qarşılaşıb.
Məlum olub ki, Xocalıdakı torpaq sahələri daşınmaz əmlak kimi ayrı-ayrı ermənilərin adından satışa çıxarılıb.
Bu haqda Ermənistanda daşınmaz əmlak satışına dair elanların yerləşdirildiyi saytlarda bildirilib.
Məsələn, Xocalıdakı şəkilləri təqdim olunmuş bu torpaq sahəsi 58.000 ABŞ dollarına (28.4 milyon Ermənistan dramı) satışa qoyulub. Elanda qeyd olunub ki, satışa çıxarılan ərazi 6000 kv.metr sahəyə malikdir. Ərazidə yarımçıq tikili, tikinti materiallarının olduğu da qeyd edilib. Torpaq sahəsinin “sahibi” onu 2 otaqlı mənzillə dəyişə biləcəyini bildirir.
Qeyd edək ki, erməni saytlarında Xocalı şəhəri İvanyan adı ilə təqdim edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=55479

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728