“Azercell” İlhamə Quliyevanın vəfatını ələ saldı – FOTOFAKT
Xəbər verdiyimiz kimi bu gün xalq artisti İlhamə Quliyeva dünyasını dəyişdi. Bu xəbər yayıldıqdan bir qədər sonra, “Azercell”şirkəti mərhum xalq artistini təhqir edib. Belə ki, “Azercell” nömrəsi istifadə edən bir şəxsin paylaşdığı fotoda bu sözlər yazılıb: “İlhamə Quliyeva vəfat etdi! Daha ətraflı məlumat üçün telefonunuzun ekranında *222#YES yığın!”.
Bu mesaj “Azercell” abunəçisinə 9999 mesaj xidmətindən gəlib, Qeyd edək ki, müğənninin qohumu Əli Mirəliyev jurnalistlərə açıqlamasında bildirib ki, İlhamə Quliyevanın ürəyində trombla bağlı problem olub, həmçinin müğənninin böyrəyinin biri işləmirmiş.(7News.Az)
Short URL: http://www.cumhuriyyet.net/?p=55560