Teleaparıcı İlhamənin telekanal monopoliyasını ifşa etdi

26.02.2016 - 00:32

rrAparıcı Sərxan Kərəmoğlu bu gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva ilə bağlı açıqlama yayıb.Axşam.az-ın məlumatına görə, S.Kərəmoğlu mərhumun ona haqsızlıqlar etdiyini vurğulayıb: “Bax, bu, bizim son yeməyimiz oldu. Allah sənə rəhmət eləsin. Mənə etdiyin haqsızlıqlara görə, sənə halallıq verirəm. Bakıda və İstanbulda min bir əziyyətlə qurduğum evlərimi sənin prinsiplərin uğrunda dağıtdım. Mənim adıma min cür sözlər qoşub dostlarımla aramı vurdun.
Ən çətin zamanımda illər öncə idarə edəcəyim toyumdan sənə görə imtina etdilər, çörəyimdən oldum. Şou-biznesdə sənə görə, çox qapılar bağlandı, insanlar mənimlə düşmən oldu. Hansı kanala gedib, hansı verilişi aparırdım, zəng edib “Onu ordan qovun” deyirdin. Tanıdığın insanların əli ilə telekanallara zəng vurdurub məni qovdururdun.
Çox şeylər var ki, yaza bilmirəm. Mənə etdiyin və mənim sənə etdiyim hər şeyə görə halallıq verirəm. Bilirsən niyə? Çünki Orxan oğlun mənə öz övladlarım qədər əziz və doğmadı. Orxan, başın sağ olsun. Sən elə bir oğulsan ki, əvəzin yoxdur, sənin ürəyin böyükdür. Ölən günə qədər sənin arxandayam. Sənə dünyanın var-dövlətini etibar etmək olar, əsl oğulsan. İlhamə xanım, Allah sənə rəhmət etsin, günahlarını bağışlasın”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55569

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728