WhatsApp-da olacaq YENİLİKLƏR

26.02.2016 - 10:26

vhatsappİstifadəçi sayını günü-gündən sürətlə artıran ani mesajlaşma sistemi olan “WhatsApp” yeniliklər etməkdə davam edir.

Cümhuriyyət.az musavat.com-a istinadən bildirir ki, istifadəçilərinin hər cür rahatlığını təmin edərək onları təəccübləndirməkdə davam edən şirkət yeni xidmətlər planı hazırlayır. Zəng, internet üzərindən söhbət xidmətlərini təkmilləşdirən “WhatsApp” öz yeni hədəflərini artıq müəyyənləşdirib. Şirkət əsasən iOS və “iPhone” üçün bir neçə xüsusi sistem hazırlayır. Hazırlanan yeni xidmətlər sırasına video söhbət, təkmilləşdirilmiş 3D Touch (İOS), foto tənzimləmə və s. daxildir. Bundan başqa bu il dizayn dəyişikliyi də nəzərdə tutulub.

“WhatsApp” smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir.

Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən əsası qoyulub. “WhatsApp” mesajlaşma xidmətinə sahib olan “Facebook” şirkətindən verilən məlumata görə, mesajlaşma xidmətindən istifadə edənlərin sayı 1 milyarda çatıb. Bu isə “Facebook Messenger”dən də çox istifadəçi deməkdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=55606

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728