Bakıda 25 kilometrlik Bulvar olacaq

29.02.2016 - 10:55

bulvarBakının gələcək inkişafı konsepsiyasının əsasını sənaye müəssisələrinin mərhələli şəkildə mərkəzi hissədən çıxarılması prinsipi təşkil edir. Sənaye müəssisələrindən azad olunmuş ərazilərdə isə iri iş mərkəzləri, idman obyektləri, mehmanxanalar, parklar inşa etmək, həmçinin mövcud dənizkənarı bulvarın Bakı buxtasının sahil xətti boyunca uzunluğunun 3,5 kilometrdən 25 kilometrə qədər artırılması təklif olunur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Azərtac-a bildirilib ki, bu zaman dəniz şelfinin hesabına əldə olunan 50-200 metr enində sahil zolağında iri mehmanxanalar, biznes, ticarət, xidmət və əyləncə obyektləri yerləşdirmək, yeni 8-10 zolaqlı magistral yolların və bu magistral üzərində Bakı Metropoliteninin yeni xəttinin çəkilməsi, eləcə də turistlər üçün xüsusi nəqliyyat və elektromobillərlə gəzinti üçün yolların tikintisi nəzərdə tutulur.

Həmçinin, Bakı Buxtasının sahil zolağında idman, istirahət və əyləncə obyektləri, çimərliklər, sahil gəzintiləri üçün biri-biri ilə bağlı olan park və bağlar yerləşəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=55808

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728