Ombudsmandan cəbhədəki hərbi qulluqçulara bağlı TƏLƏB

29.02.2016 - 10:58

esger3Ombudsman düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin tərkibində döyüş tapşırıqlarını yerinə yetirən müddətli hərbi xidmət hərbi qulluqçularına xidmət müddətində ikinci növbəti məzuniyyətin müəyyən edilməsini təklif edib.

Report xəbər verir ki, bu barədə təklif “Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2015-ci il üzrə illik məruzəsində yer alıb.

Həmçinin qeyd olunub ki, hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün ödənilən pul kompensasiyası məbləğinin mənzil kirayəsi bazarında mövcud olan real qiymətlərə uyğunlaşdırılması məqsədəuyğundur: “Döyüş (cəbhə) bölgəsində düşmən qüvvələrinin açdığı atəş nəticəsində həlak olan, yaralanan, travma və ya kontuziya alan mülki şəxslər (və ya onların ailələri) üçün müavinətin, yaşayış evlərinə və əkin sahələrinə dəyən ziyana görə, kompensasiyanın müəyyən edilməsi, ünvanlı dövlət sosial yardımının təyini zamanı istifadəsi mümkün olmayan torpaqların nəzərə alınmaması məsələləri öz həllini tapmalıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55810

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728