Nardaranda idman bazasının yerində villa tikirlər – RÜSVAYÇILIQ

29.02.2016 - 11:47
nardaranAzərbaycanda unikal idman bazasının yerində villa tikilir. Qaynar.info xəbər verir ki, bu barədə “Hava və Ekstemal İdman Növləri Federasiyası”nın üzvü Teymur Maksudov ictiamiyyətə müraciətində bildirib. 
Onun sözlərinə görə, Bakı şəhərində və onun ətrafında yerləşən yeganə təbii qayalıqlar Nardaran qəsəbəsi ərazisindədi. Məhz bu ərazidən idman həvəskarları baza kimi yararlanırmışlar. Amma kimlərsə tərəfindən həmin ərazi işğal olunub və orda fərdi yaşayış evinin inşasına başlanılıb. Qəribəsi odur ki, nə yerli bələdiyyənin əməkdaşları, nə də əraziyə nəzarət edən polis tikintinin sahibini tanımır.
İdman mətbuatından və ictimaiyyətdən kömək gözləyən Teymur bəy ərazidə çəkinlən fotoşəkli də sosial şəbəkə vasitəsiylə yayımlayıb. Özünüz də diqqətlə baxın. Bu cür nadir təbiəti məhv etmək hansı vicdana sığır? Ümid edirik ki, ölkə başçısının idmana göstərdiyi diqqət və qayğıdan xəbərdar olan məmurlar bu nadir idman bazasının qorunması üçün hərəkətə keçəcəklər.

Short URL: http://www.cumhuriyyet.net/?p=55828

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930