12 manatlıq dərman 160 manata satılır – Gəncədə biabırçılıq

29.02.2016 - 12:30

dermanGəncədə 12-14 manatlıq dərman perapatı dəyərindən dəfələrlə baha qiymətə satılır. Bu barədə Qaynar.info-ya şikayət məktubu göndərən şəhər sakini bildirib.

Şikayətçi deyir ki, “Dobutamin” adlı perapatı aptekdə 160 manata satılır. “Mən və mənim kimi bir neçə xəstə Gəncədə fəaliyyət göstərən dərman mafiyasının qurbanıyıq. Belə ki, Gəncə şəhər kardiologiya xəstəxanasının həkimi Edison Nəzirovun qəbuluna düşdükdən sonra o, bizə “Dobutamin” adlı dərman preparatını resept olaraq yazdı və bizi xəstəxanın yanındakı aptekə həmin dərmanı almaq üçün göndərdi. Ordan dərmanı 160 manata aldıq. Amma Bakı və Moskvadakı qohumlarımdan aldığım məlumata görə, bu dərman Bakıda 12-14 AZN, Moskvada isə 8-9 AZN-ə satılır.

Gəncədə bu dərmanı dəfələrlə baha satan apteklər var. “Dobutamin” preparatını isə ancaq Edison Nəzirov xəstələrə təyin edir və israrla bildirir ki, həmin dərmanı məhz o dediyi apteklərdən alsınlar. Əks halda həkim xəstələri müalicə etməkdən boyun qaçırır, onları dərmanı qəbul etməyəcəkləri təqdirdə ölə biləcəkləri ilə hədələyir. Kasıb adamam, əliləm, işləmirəm, mənim kimi bir neçə xəstə də aptek və həmin həkim tərəfindən aldadılıb. Heç 12 manata olan dərmanı da 160 manata satarlar? Bu dərman mafiyasının güclü olmasından və arxayınlıqdan xəbər verir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55834

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728