Anar: “Ortaq türk dilinin yaranması mümkün deyil”

29.02.2016 - 17:09

anar2“Ortaq türk dili, ümumi türk dilinin yaranması mümkün deyil. Bunun əvəzində ortaq ünsiyyət dili olmalıdır. Türkiyə türkcəsi də bunun üçün çox uyğundur. Çünki türk dilləri arasında Türkiyə türkcəsi ən zəngin, ən münasib dildir”.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar deyib.

AYB sədri qeyd edib ki, Azərbaycan dilində işlədilən müəyyən sözlərə qarşı konseptual yanaşma mövcud olmalıdır: “Bütün dünya “Bolşoy teatr” deyir, biz “Böyük teatr” deyirik. Dünya “Sputnik” deyir, biz “Peyk”. Niyə? Onda “La Skala” adını da tərcümə edək. Bu adlara konseptual yanaşma olmalıdır. Komissiyanın adı, “Terminologiya” sözü ruscadır. O zaman gəlin Komissiyanın adını Azərbaycan dilinə uyğun “Terminoloji” Komissiya qoyaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55904

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728