Mikayıl Cabbarov: “Azərbaycanda I sinfə gedəcək şagirdlərin sayı artacaq”
“Bu il Azərbaycanda I sinfə gedəcək şagirdlərin sayı artacaq”.
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, müsbət demoqrafik vəziyyətin nəticəsi olaraq hər il 1-ci sinfə gələn şagirdlərin sayı artır və növbəti 4-5 ildə də müşahidə olunacaq. Nazirin sözlərinə görə, bu da öz növbəsində təhsil sistemi üçün bir sıra çağırışlar – yeni siniflərin yaradılması, yeni müəllim hazırlığı deməkdir. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirildiyini deyən M.Cabbarov əlavə edib ki, ötən ildən I siniflərə elektron qəbula başlanılıb: “Bunun məqsədi prosesin sadələşdirilməsi, şəffaflaşdırılması, insan ünsiyyətinin və faktorunun miniuma endirilməsidir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=56258