Azərbaycanda 22 manatlıq avtomobil nömrəsini 25 minə satırlar – FOTOLAR

02.03.2016 - 15:42
nomreSaytların birində avtomobil nömrələrinin satışı təhkil olunub. Artıq həmin saytda 930 nömrə satışa çıxarılıb.
Cümhuriyyət.az avtosfer.az-a istinadən xəbər verir ki, bu və bir neçə buna bənzər saytda nömrə nişanları açıq aşkar satışa çıxarılır və hər bir satıcı öz mobil telefon nömrəsini və ad-soyadını qeyd edərək müştəri axtarır. Nömrələr arasında o qədər də diqqət çəkməyənlər də var, lakin kifayət qədər diqqətçəkən və bahalı nömrələrə də rast gəlmək mümkündür. Əməkdaşımız həmin nömrə satanların bir neçəsi ilə əlaqə saxlayaraq nömrəni bir az ucuz satmağı xahiş etsə də, istəyinə nail ola bilməyib. Nömrə satanlar bildiriblər ki, devalivasiyadan sonra nömrəni aldıqları qiymətdən qat-qat ucuz satırlar. «Nömrəni haradan baha almısınız» sualına isə «Dövlət Yol Polisindən» deyə, cavab veriblər.
Azərbaycan qanunvericiliyinə görə, nömrə nişanları rəqəmlərin və hərflərin kombinasiyasına görə 2500 manatdan baha satılmır. Yəni, ən bahalı nömrənin dövlət qiyməti 2500 manatdır. Məsələn, aşağıdakı siyahıda 25 min manata satışa qoyulan 10-GG-020 nömrə nişanının dövlət qiyməti 22 manatdır.
Kimsə iddia edə bilər ki, bu, mənim şəxsi əmlakımdır və istədiyim qiymətə sata bilərəm. Lakin adından da göründüyü kimi, bu, dövlət nömrə nişanıdır və dövlətin qoyduğu qyimətdən baha satılmamalıdır. Həm yol polisi, həm də vətəndaşlar tərəfindən nömrənin baha satılmasına görə məsuliyyət nəzərdə tutulmalıdır. Hər halda, 22 manatlıq nömrəyə 25 min manat qiymət qoymaq gülünc və biabırçılıqdır.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=56270

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728