“Whatsapp”dan möhtəşəm YENİLİK

03.03.2016 - 16:14

vhats-upÖz istifadəçi sayını rekord həddə – 1 milyarda çatdıran ani mesajlaşma xidməti “Whatsapp” daha bir yeniliklə istifadəçilərini sevindirir.

Cümhuriyyət.az anspress-ə istinadən bildirir ki, indi “Whatsapp” vasitəsi ilə sənədləri də göndərmək mümkün olacaq.

“iOS” və “Android” sistemli telefonlara tətbiq edilən yeni xidmət, hələki “Windows” sistemli telefonlara şamil edilmir.

Yeni tətbiq hazırda yalnız PDF qovluqların paylaşılmasına imkan verir. Gələcəkdə digər variantda qovluqlarının göndərilməsi haqda hələki heç bir məlumat verilmir.

Bundan başqa “Whatsapp” daxilində olan divar kağızı seçimlərini də artırmağı planlaşdırır.

“Windows 10” sistemli mobil telefonlarda “Whatsapp” proqramına gətirilən yeniliklər isə video qeydlər, sürətli foto çəkmə və 100-dən artıq yeni smaylların əlavə edilməsidir.

“WhatsApp” smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Messenceri yaratmış şirkətin 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən əsası qoyulub. Şirkətin mərkəzi ofisi Santa-Klara Kaliforniya ştatında yerləşir.

Bir neçə il öncə bu sistem “Facebook” tərəfindən satın alınıb. Məhz bundan sonra sistemdə bir çox yeniliklər edilib, istifadəçi sayı artıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=56480

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728