Sabah hava necə olacaq?

04.03.2016 - 12:45

bulvarSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, paytaxt və yarımadanın bəzi yerlərində duman olacağı ehtimalı var. Şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 13-18 dərəcə isti, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi metereoloji proqnoza görə, martın 5-də Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir. Mart ayının 6-da hava şəraitinin təzadlı dəyişməsi güclü xəzri küləyi fonunda temperaturun enməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=56598

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728