Millət vəkilinin qızını alan müğənni: “Həyat yoldaşım mənə qadağa qoya bilməz” (FOTO)

04.03.2016 - 14:03

elchin-ceferovMüğənni Elçin Cəfərov nişanlısından danışıb.

Cümhuriyyət.az axşam.az-a istinadən bildirir ki, açıqlama verən ifaçı nişanlısının və özünün qadağalarından bəhs edib:

“Mən sənətçi adamam, evlənəcəyimlə bağlı xəbərlər çıxır. Bu mənə problem yaratmır. Amma çox danışılmasını istəmir. Nişanlanandan sonra həyatımda çox şeyi dəyişməmişəm. Mən sənətçiyəm, olduğum kimi qəbul edilirəm. Mənə qadağa qoyula bilməz. Qadağanı kişi qoya bilər. Mənim qarşı tərəfə qoyduğum qadağa isə şəxsi məsələmdir, açıqlaya bilmərəm”.

Yaradıcılıq yeniliklərindən danışan E.Cəfərov klip çəkdirəcəyini bildirib:

“Yeni mahnılarım var. Konsert də verməyi düşünürəm”.

Qeyd edək ki, keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızı ilə nişanlanan müğənninin toyu aprelin 25-də baş tutacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=56621

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728