Bakı Olimpiya Stadionuna toylarla bağlı müraciətlər var

04.03.2016 - 15:25

cavid-qarayevBakı Olimpiya Stadionunda toyların təşkili ilə bağlı müraciətlər gəlir.

Bu barədə “Report”a Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev məlumat verib.

Onun sözlərinə görə, müvafiq şirkətlər stadionda mərasimlərin təşkili ilə maraqlanır: “Müəyyən təklif və idayalarla gəlirlər. Eyni zamanda korporativ tədbirlər üçün də təkliflər alırıq. Bəziləri elə bilirlər ki, toyları biz özümüz keçiririk. Amma bu, belə deyil. Biz, sadəcə, mərasim üçün yer icarəyə veririk”.

C.Qarayev hələlik stadionda Novruz bayramı ilə əlaqədar tədbirlərin keçirilməsi barədə heç bir müraciətin olmadığını deyib. Əvəzində direktor bildirib ki, bu yaxınlarda stadionda müxtəlik içkilərin təklif olunduğu “Sportbar” açılıb.

Stadion rəhbəri Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları arasında Bakı Olimpiya Stadionunda keçiriləcəyi bildirilən oyundan da danışıb. C.Qarayev hələ görüşlə bağlı heç bir müraciətin olmadığını söyləyib: “Mən də bu barədə mətbuatdan oxumuşam, amma heç bir rəsmi müraciət yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=56653

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930