Bakıda 10 mərtəbədən hündür bina tikilməyəcək

04.03.2016 - 16:12

binaDövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı rayonlarının sosial-iqtisai inkişafının sürətləndirilməsi ilə bağlı toplantı keçirilib.

Toplantıda paytaxt rayonlarının icra başçıları da iştirak ediblər. İclasda Bakı şəhəri ərazisində bundan sonra 10 mərtəbədən yüksək binaların tikintisinin qadağan olunması ətrafında müzakirələr aparılıb. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı barədə danışılıb.

Komitə sədri Abbas Ələsgərov deyib ki, bundan sonra sahibkarlar tikinti layihələrini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırdıqdan sonra həyata keçirəcəklər. Tədbirdə Bakı şəhərinin mərkəzi rayonlarına aid eskiz layihələr də təqdim edilib.

İclasda o da vurğulanıb ki, yaşayış binalarının mövcud həyətlərində sosial infrastruktur obyektlərindən başqa tikintilərin aparılması qadağan edilməli, şəhərin tikilmiş hissəsində mərtəbəlilik 10-dan artıq olmamalıdır.

Müzakirələrdə Səbail, Nəsimi, Nərimanov, Yasamal və Pirallahı rayonlarının icra başçıları çıxış ediblər. (modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=56667

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728