Keçmiş siyasi məhbusun üzləşdiyi dəhşətli işgəncə halları "Yeni Cumhuriyyət"də
Rəsul
Mürsəlov: “Başıma qara torba keçirib mənə işgəncə verirdilər”
“Əllərimi
və ayaqlarımı baglayıb başımda pəncərə şüşəsi qırdılar”
“Həbsxana
tam bir korrupsiya, rüşvət mərkəzidir. Burda hər şey pul üzərində qurulub”
Müsahibimiz bir müddət öncə
azadlığa çıxmış keçmiş siyasi məhbus, gənc fəal Rəsul Mursalovdur. Onunla söhbətimiz
qanunsuz həbsinin səbəbləri, həbsdə olduğu müddətdə üzləşdiyi qanunsuzluqlar,
işgəncə halları və digər məsələr barədə oldu:
Evə gecə qaramaskalılar hücum edib məni həbs etdilər
– Rəsul
bəy, siz bu yaxınlarda azadlığa çıxmısınız. Səhv etmiriksə 1 il 6 ay qanunsuz həbs
həyatı yaşadınız. Gəlin söhbətə ordan başlayaq ki, həbs olunana qədər nə işlə və
hansı fəaliyyətlə məşğul idiniz?
– Bəli, həbsdən yeni cıxmışam. 1 il 6 ay rejım zindanında qanunsuz
saxlanıldım. Həbsimin səbəbi siyasi fəaliyyətim idi. ADP Gənclər Təşkilatının
sədr müavini idim və İctimai Palatanın mitinq və aksiyalarında partiya gənclər
təşkilatı adından təşkilatçılıq edir, gənclərlə mütəmadi görüşlər keçirirdim
ki, bu da hakimiyyətin gözündən qaçmamış, həbsimin sifarişi verilmişdi.
– Necə oldu ki, həbs olundunuz?
– Bildiyiniz kimi 2012 ci ildə ölkəmizdə
“avrovizion” mahnı müsabiqəsi ərəfəsində geniş miqyasli mitinq, aksiyalar start
götürdü. Bu ərəfədə mən Zaqatala şəhərində tələbələr, digər gənclərlə tez- tez
görüşlər keçirir, onları siyasi proseslərdə aktiv olmaga səsləyirdim. Əsasən
Baki şəhərində yaşadıgımdan həftədə bir dəfə Zaqatala şəhərinə səfər edir,
görüşlər keçirirdim ki, bu da Zaqatala polisini narahat etməyə başlamışdı. Bu
arada Bakida keçirilən 22 aprel 2012- ci icazəli mitinqinə bir gün qalmiş,
çagırış vərəqələri payladıgıma görə həbs olundum və inzibati həbs cəzası aldım.
Bundan başqa mitinqlərdə fəallıgıma görə dəfələrlə həbs edilmiş və işgəncələrə
məruz qalmışam. Bundan sonra Zaqatala polisinin təzyiqləri daha da gücləndi və
ailəmi məni həbs etməklə hədələməyə başladılar.Bakıdakı mitinqlərə ara verildi
və mən Zaqatala şəhərindəki siyasi fəaliyyətimi gücləndirməyə, gənclərlə
təşkilatlanmaya başladım. Bundan sonra polis haqqımda qeyri- rəsmi axtarış elan
edərək məni axtarmaga başladı. Evimə dəfələrlə hücum edərək, ailəmə təzyiq
etməklə mənim yerimi deməyə məcbur edirdilər onları. Zaqatala polis şöbəsi
əməkdaşlari qanunları kobud şəkildə pozmaqla qeyri- qanuni evimizə girmiş, axtarış
aparmış, ailə üzvülərimə yerimi bilmədikləri haqda ərizə yazdırmışdılar. 18
iyul 2012- ci il tarixində Balakən şəhərində qaldığım evə gecə qara maskalılar
hücum etdi və başıma qara torba keçirərək məni həbs etdilər.
Ayaqlarımın altını taxta parçası ilə döyüb mənə işgəncə verirdilər
– Həbs
olunuduğunuz zaman müxtəlif formada işgəncələrə məruz qaldığınızı
bildirmisiniz. Sizə niyə işgəncə verirdilər və bunu kimlər edirdi? Hansı işgəncələrə
məruz qalmsınız?
– Qara maskalılar
məni həbs edərkən müxtəlif işgəncələrə məruz qaldım. Həbs olunarkən hüquqlarım
pozulmuş, vəkilimə və ya ailə üzvülərimə bu haqda xəbər verməyimə icazə
verilməmişdir. 7 gün yerini bilmədiyim, amma MTN təcridxanasi olmagını istisna
etmədiyim zirzəmidə saxlanılmışam. Bu müddət ərzində ayaqlarımın altını taxta
parçası ilə döyməklə, tamamən paltarsız, əllərim və ayaqlarım bağlı, başımda
qara torba olmaqla bir neçə nəfər yerə uzadıb təpiklə bədənimə vururdular.
Bütün bunları bölgədə gəncləri ixtişaşlara sövq etməyim, kimin sifarişi ilə təşkilatlanma
aparmağım, radikal dini quruplaşma – “meşə qardaşlari” təşkilati ilə əlaqəmin
olub- olmaması haqda danışmağımın tələb olunması idi. Bütün bu işgəncələr
zamanı başımda qara torba olurdu və kimsəni görə, taniya bilmirdim.
– İstintaq dövründə və məhkəmələrdə vəkiliniz olmadığınıza görə deyəsən
özünüz özünüzü müdafiə etmisiniz? Bu sizə çətin deyildimi və niyə təmsil
olunduğunuz təşkilatlar sizə bu məsələdə yardım etmədilər?
– İstintaq dövründə mənə açıq bildirdilər ki,
kimsəyə xəbər etməyim və həbsimi siyasiləşdirməyim. “Onsuzda sənin sifarişin
verilib və sən 2 il həbsə gedirsən. Bu və ya başqa maddə, nə fərqi var”
dedilər. Təmsil olundugum partiya (ADP) məni müdafiə etməməsini onunla
əsaslandırdı ki, ADP İctimai Palatada təmsil olunmadığı halda mən Gənclər
Təşkilatı adından İP- in mitinq və
aksiyalarına çıxmış, bu yöndə təşkilatçılıq etmişəm. Bu səbəbdən də müdafiəmə
qoşulmadılar. Açıq danışsaq seçki ərəfəsində “siyasi məhbus”u oldugunu bildirməkdən qorxdular ki, bu da az
sonra ortaya çıxdı. ADP müxalifətin birliyindən (Milli Şura) imtina edərək
hakimiyyətin mövqeyi ilə razılaşma görüntüsü yaratdı. Partiya sədri son
prezident seçkilərində ayrıca namizədliyini irəli sürməklə də bunu bir daha
sübut etdi. Mən isə sonadək tək də olsam haqlı mübarizəmi aparmaqda qərarlı
idim və öz hüquqlarımı özüm müdafiə
etdim. Təbii ki, bu proses heç də asan olmadı, həbsdə ikən hüququ oxudum və qanunsuz həbsimi məhkəmələrdə sübut edərək
hakimiyyətin sifarişini ifşa etdim. Həbsim boyu müdafiəsiz qalmagımın əzabını
işgəncələr və təzyiqlərlə ödədim, amma yıxılmadım, çünki haqlı mübarizə
aparırdım. Amma Cəmil Haciyev (həmin dönəm ADP GT sədri) partiyadan ayri
müdafiə komitəmi təşkil etdi, az çox, əlindən gələni etməyə çalışırdı. Yəni
həbsimdə mənə dayaq olan Cəmil Haciyev oldu.
Penitensiar Xidmətdə məmur özbaşınalığı, dərəbəylik hökm sürür
– Həbsdə
olarkən saxlanma şəraitiniz, qida, ərzaq təminatı, tibbi xidmət, Penitensiar
Xidmət əməkdaşlarının dustaqlara münasibəti necə idi?
– Saxlanma şəraitim Kürdəxanı türməsində yaxşi idi.
Gəncə türməsində isə bərbad vəziyyətdə saxlanılırdım. Balakən müvəqqəti
saxlama, Şəki müvəqqəti saxlama, Nərimanov müvəqqəti saxlama təcridxanalarında
kamerada tək saxlanılırdım. Hakimiyyəti tənqid etdiyimə görə Gəncə İstintaq
Təcridxanasının rəisi Şakir Bayramovun şəxsən iştirakı və göstərişi ilə 8
noyabr 2012- ci ildə əllərim və ayaqlarım baglı olmaqla 3-4 nadzorun iştirakı
ilə agır döyüldüm, başımda pəncərə şüşəsi qırdılar- çapıq izləri hələ də
bədənimdə var və agır vəziyyətdə kameraya saldılar. Şakir Bayramov məni döyərək
etdiyim əməldən peşman oldugumu, prezidentdən əfv istəməyimi tələb edirdi. 14
sayli cəzaçəkmə müəssisəsinə köçürüldüyüm gün- 19 yanvar 2013 rəis Nazim
Kəngərli kənardan baxmaqla üstümə nadzorları salmaqla məni döydürdü, şərəf
ləyaqətimi alçaltdi. İşgəncə zamani Penitesniar Xidmətin əməkdaşları Tural
Məcidov, Telman Bagırov, Aydın Şamilov xüsusi amansızlıq edirdilər. Bütün
bunlara isə rəis Nazim Kəngərli şəxsən özü başçılıq edirdi. Qeyri- qanunu
olaraq 18 gün karantində (Cəzaların İcrası Məcəlləsinə görə karantin müddəti 14
günədək olmalıdır) saxlanılmış, soyuq yanvar ayında gödəkçəmi almaqla yagış
altında hər gün məcburi əməyə cəlb edilmiş, nəticədə soyuqdəymədən agir
xəstələnmişəm, tibb şöbəsində yatmışam. Həbsxanada verilən bərbad qidanı yemək
olmur və onsuz da rəhbərlik tərəfindən satılan qida məhkumlara çatmadıgından
hər kəs evindən yemək gətizdirir. Həbsxana tam bir korrupsiya, rüşvət
mərkəzidir ki, bunu hər bir məhbus təsdiqləyər. Hər şey pul üzərində qurulub və
buna kimsə “dur” demir. Hətta mənım başıma belə bir hadisə gəldi ki, Ədliyyə
baş leytinantı Tural Məcidov pulumu zorla mənimsədi. Bu haqda Qaradag rayon
Məhkəməsi, Korrupsiyaya Qarşi Mübarizə İdarəsi, Baş Prokurorluq, Prezident,
Ombudsman, Milli Məclisə, Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinə və s.
qurumlara şikayət ərizəsi yazsam da, ərizələrimi rəis müavini Natiq Haciyev
cirdi, təkrar gizli göndərdiyim ərizələrimə isə baxılaraq araşdırıldı, ancaq
cavab verilmədi. Bu isə həmin rüşvətxor işçinin dediyi “hara şikayət etsən də,
pulunu verib susduracam” sözünün təsdiqi idi. Bir sözlə Penitensiar Xidmətdə
vəziyyət çox pisdi, məmur özbaşınalığı, dərəbəylik hökm sürür. Neçə – neçə
məhkum ölümünün şahidi olmuşam. 6 aprel 2013- cü ildə saxlandıgım 14 saylı CÇM-
dən Pentensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüm ki, buna heç bir əsas
yox idi. Müalicə Müəssisəsində məni
cərrahiyə şöbəsinə yerləşdirdilər. Az keçməmiş bunun planlı şəkildə oldugu
aydın oldu. Belə ki, bir nəfər tanımadıgım idmançı məhkum mənə hücum edərək özünün
hakimiyyət nümayəndəsi oldugunu, bizlərin ölkədə sabitliyi pozdugumuzu və buna
görə də mənim başıma oyun açacağı ilə hədələməyə başladı. Başqa məhkumların
köməyi ilə xəsarətsiz qurtuldum. Bütün bunlar müalicə müəssisəsi işçilərinin
gözü önündə olsa da heç bir reaksiya verilmədi. Müalicə Müəssisəsi rəisi
Şahkişi isə məni otağına çağıraraq başıma oyun açaçağı ilə hədələyirdi. 12
aprel 2013-cü ildə isə həkim mənə iynə vurmaq istəyirdi. Nə iynəsini soruşsam
da cavab vermədən iynəni vurmaq istədi. Şpirisə yığdığı dərmanın boş şüşələrinə
baxmaq üçün götürdüm və bu anda həkim üstümə hücum çəkərək əlimdən şüşələri
alaraq aradan çıxdı. Bu isə rəisin məni hədələməsi ilə üst- üstə düşürdü. 13
aprel günü zorla zona etap olunmağım üçün müraciət etdim və zona geri döndüm.
Bir neçə gün sonra, 23 aprel tarixində,
günorta yeməyi zamani yemək qabımdan təsadüfən zəhər aşkarlandı. Yeməyi yenicə yeməyə başlamışdım ki, acı dadı hiss
edərək yarımçıq dayandım. Qabımdan aşkarladığım zəhəri kagiza bükərək rəis Nazim Kəngərlinin yanına getdim. Onu da deyim
ki, həmin gün heç vaxt olmayan qədər nəzarətçi yığılmışdı yeməkxanaya və hamısı
da məni izləyirdi. Nazim Kəngərlinin otaginda “indi də bu oyuna əl atırsınız,
məni zəhərləmək istəyirsiniz?” deyə sual etdim. Rəis ilk öncə heç nədən
xəbərsiz oldugunu bildirsə də, əlimdəki sübutu ona göstərdikdə rəngi dəyişdi və
bu işin məhkumların mənə qarşi təxribatı oldugunu bildirdi. Mən isə “mənim
problemim hakimiyyətlədir, məhkumlarla deyil. Hakimiyyətin nümayəndəsi isə
sizsiniz və bu işin məsuliyyətini bir başa siz daşiyirsiniz” dedim. Bundan
sonra yenə görüş, telefon danışığı və ərizələrimə qeyri- qanuni qadağalar
başladi. Bir müddət sonra atam görüşə gələrkən ilk öncə rəis Nazim Kəngərli və
muavin Natiq Haciyev atamla görüşərək valideyin kimi prezidentə əfv yazmagi
tələb etmiş, hətta açiq hədə ilə bunu yazmasam cəza müddətimin artırılacağı ilə
hədələmişlər. Atam bundan imtina etdiyi üçün mənimlə görüşməsinə icazə
vermədilər.
Hazırda öz dogmalarımla evimdə yaşaya bilmirəm
– Həbsdən
çıxdıqdan sonra sizə hər hansı təzyiqlər olurmu?
– Həbsdən çıxdıqdan 10 gün sonra yenidən həbs olunub 200 manat
cərimələnmişəm. Zaqatala polisi tərəfindənizlənilirəm, təqib və təzyiqlərə
məruz qalıram. 27 fevral tarixində Zaqatala şəhərində mülki geyimli polislər
evimin önündə üstümə hücum edərək məni döymüş, maşına mindirmək istədikdə isə
qaçmışam. Həmin gün Baki şəhərinə gələrək bir neçə gün məcburi qaydada
gizlənmişəm. Təzyiq və təqib bununla bitmir və Zaqatala gəncləri ilə geniş
toplantı keçirdiyim gün Mersedes markalı maşından məni video lentə alırdılar.
Atam deyir ki, həmin maşından eyni gün küçədən evimiz də video lentə alınıb.
Bir neçə gün öncə isə isə Zaqatalada açıq havada gənclərlə görüş keçirərkən
mülki geyimlilər tərəfindən hücuma məruz qaldıq və məni həbslə hədələdilər.
Səhəri gün isə ailəm evdə ola- ola evimizə daş- kəsəklə hücum olmuş, evin
pəncərələri, çardağın şiferi parça- parça edilmişdir. Atam polisə gedib bu
haqda şikayət etdikdə, onlara iradini bildirdikdə isə polis “bizə agil
verməkdənsə, get ogluna agil ver. Deyəsən yenə həbsdə yatmaq istəyir” deyiblər.
Bundan başqa fərqli adamlarla mənə xəbər yollayırlar ki, Zaqataladan çıxım və
orda gənclərlə görüşməyim, yoxsa başıma oyun açacaqlar. Hazırda öz dogmalarımla
evimdə yaşaya bilmirəm.
– Hazırda
nə işlə məşğulsunuz?
– Hazırda Zaqatalada gənclərlə görüşlər keçirir, təçkilatlanma ilə
məşgul oluram. Bir sözlə hakimiyyətin təzyiqlərinə rəgmən güclü təşkilatlanma
aparıram və yaxın zamanda hər kəs bu təşkilatlanmanın nədən ibarət olduğunu
görəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=5669