Maşını olanların nəzərinə: Nazirlər Kabineti yeni qadağalar qoydu

07.03.2016 - 11:57

yolNazirlər Kabineti “Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları”nı təsdiq edib. Avtosfer.az-ın xəbərinə görə, bu norma Azərbaycan ərazisində müvafiq qaydada dövlət qeydiyyatından və texniki baxışdan keçirilmiş nəqliyyat vasitələrinin reklam daşıyıcısı kimi istifadə edilməsi normalarını müəyyən edir.

Nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı, yaxud reklam agenti arasında bağlanılan müqavilə əsasında yerləşdirilir. Reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir.

Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə razılıq Daxili İşlər Nazirliyinin hazırladığı reklama dair texniki şərtlər pasportu əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilir. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər.

Nəqliyyat vasitələrinin üzərində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə alınmalı, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 60 faizindən çox olmamalıdır.
Reklam minik avtomobillərinin və mikroavtobusların qapılarında və qanadlarının yan səthlərində, avtobus, trolleybus və tramvayların banında pəncərə xəttinə qədər olan yan səthlərində, yük, yük-sərnişin, yük-furqon qoşqu və yarımqoşquların banının yan səthlərində, motosikletlərin yanacaq baklarında və alətlər qutusunun qapağında yerləşdirilə bilər.
Nəqiyyat vasitəsinin salonunda yerləşdirilən reklam qurğularının iti küncləri, kəsici hissələri və çıxıntılı hissələri olmamalı, sərnişinlərin minib-düşməsinə maneçilik törətməməli, həmçinin həmin qurğular hava axınından, qəfil tormozlanmadan, titrəyişlərdən əmələ gələn təsirlərə davamlı olmalıdır.

Nəqliyyat vasitələrinin damında, ön və arxa hissələrində, dövlət qeydiyyat nişanlarının və fərqlənmə nişanlarının (beynəlxalq yol hərəkətlərində iştirak edən nəqliyyat vasitələrinə münasibətdə) görünməsini məhdudlaşdıran yerlərdə, işıqlanma cihazlarında, ban şüşələrində, habelə istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan xarici işıq cihazlarının reklam məqsədi ilə quraşdırılması qadağandır.

Şəxsə mənsubiyyətini göstərən və təyinatını əks etdirən fərqləndirici nişanların nəqliyyat vasitələrinin üzərində yerləşdirilməsi reklam hesab olunmur.
Nəqliyyat vasitələrində işıqlanan tabloların yerləşdirilməsinə, nəqliyyat vasitəsindən istifadə etməklə səsli reklamın yayılmasına icazə verilmir.
Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrində və təhlükəli yüklərin daşınması təyinatlı nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qadağandır edilib.
Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin rəng qrafikasına, təsvirinə oxşar reklamların nəqliyyat vasitələrində yayımına, nəqliyyat vasitələrində reklam yerləşdirilməsi üçün işıq əks etdirən və gözqamaşdırıcı lak-rəng materiallarından istifadə olunmasına, yol hərəkəti iştirakçılarının yol şəraitini qiymətləndirilməsinə maneə törədən, habelə xarici görünüşü və təsviri ilə yol hərəkətinin təşkilində istifadə edilən texniki vasitələrə oxşar olan reklamların nəqliyyat vasitələrinin üzərində və salonunda yayımlanmasına icazə verilmir.

Short URL: http://www.cumhuriyyet.net/?p=56854

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728