Müəllimlər maaşlardakı artımı niyə ala bilmədilər? – Açıqlama

07.03.2016 - 12:02

mellimQarabağ veteranı, müəllim Vaqif Əlisoy təmsil etdiyi məktəbin müəllim kollektivi adından şikayət ünvanlayıb.

Modern.az xəbər verir ki, bu haqda məlumat verən V.Əlisoy şikayətinin Prezident İlham Əliyevin müəllimlərin əmək haqqının 10 faiz artırılması ilə bağlı verdiyi sərəncamının icra olunmaması ilə bağlı olduğunu bildirib:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev manatın qiymətdən düşməsi, ərzaq məhsullarının bahalaşması ilə əlaqədar başqa peşə sahələri yanaşı, böyük müəllim ordusunun əmək haqlarının fevral ayından 10 faiz artırılması ilə əlaqədar sərəncam verib. Fevralın əmək haqqını alan müəllimlər bilir ki, maaşlarda artım yoxdur. Elə isə bu sərəncam niyə verilirdi? Əgər verilibsə, niyə hökumət prezident sərəncamına əməl etmir? Kimdir böyük müəllim ordusunu dövlətdən və prezidentdən narazı salan”.

Keçmiş döyüşçü məmur ordusunu müəllimləri narazı salmaqda günahlandırıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, problem tezliklə həll olunacaq:

“Hazırda bəzi texniki məsələlər həll olunur. Yaxın vaxtda müəllimlərin əmək haqqının artırılması ilə bağlı yaranmış problem öz həllini tapacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=56857

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728