Plastik qablar xəstəlik yaradır – Ekspert həyəcan təbili çalır

07.03.2016 - 17:52

plastik“İsti yay şəraitində içməli suların plastik qablarda qablaşdırılması yol verilməzdir”.

Bunu AzNews.az-a açıqlamasında Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, plastik tara əziləndə onun tərkibində olan kimyəvi maddələr suya qarışır: “Belə hallarda xəstəlik yaranır. Ümumiyyətlə, nəinki suların, hətta ərzaq məhsullarının belə plastik qablaşdırmaları arzuolunan deyil. İqtisadiyyat Nazirliyi yanında plastik taradan imtina ilə bağlı xüsusi komissiya yaradılıb. Biz çalışırıq ki, plastik taradan imtina olunsun. Ət, toyuq məhsulları da bu qablarda yerləşdirilir. Bu, insan orqanizmi üçün təhlükəlidir. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı dəfələrlə broyler şirkətlərinə məktub göndərib, amma yenə də bir tədbir görülmür. Son vaxtlar süd məhsulları, şorabalar da plastik qablarda satılır. Bu isə insanların tədricən zəhərlənməsinə gətirib çıxarır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=56907

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728