Gəncədə qeyri-adi 8 Mart təbriki – FOTO

08.03.2016 - 13:48
genceGəncə Musiqi Kollecinin xanım tələbələri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə orijinal təbrik alıblar.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə kollecin bir qrup tələbəsi “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” parkında “Hədiyyəmiz kitablardır” adlı fləşmob keçirib. Gəncənin digər ali məktəblərinin tələbələrinin də qoşulduğu tədbirdə 60 nəfərdən çox gənc iştirak edib.
Fləşmobda toplanan gənclər əvvəlcə “8 Mart” formasında düzülüb, daha sonra isə tələbə xanımlara Avropa və Azərbaycan yazıçılarının kitablarını hədiyyə ediblər.
Qeyd edək ki, kollecin Tələbə Gənclər Təşkilatı tərəfindən hazırlanan fleşmobun məqsədi həm xanımları təbrik etmək, həm də gənclər arasında mütaliəyə marağı artırmaq olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=57018

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728