Xoşqədəm Hidayətqızından ermənipərəst aparıcıya simpatiya-VİDEO
Bu günlərdə həyat yoldaşı müğənni Doğuşla Türkiyənin Kanal D telekanalında Renkli sayfalar proqramının 11-ci bölümündə qonaq olan ANS-in “Deməsək olmaz” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı maraqlı açıqlamalar verib. Ən maraqlısı budur ki, xanım Hidayətqızı onun reytinq qazanmasında, televiziyada püxtələşməsində Türkiyənin məşhur aparıcısı olmuş Mehmet Ali Bırandın xüsusi rolu olduğunu vurğulayıb. Əcəba bəs Bırand kim olub?
Mehmet Ali Bırand Türkiyədə Ermənistanla sərhəddin açılması məsələsini gündəmdə saxlamaqda maraqlı olan və daim Azərbaycanı və xalqımızı Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasına imkan verməməkdə qınayan, hətta Ermənistana səfər edib reportaj hazırlayan bir jurnalist olub. Həmin zamanlarda bütün Azərbaycan Bırandı tənqid edərkən belə məlum olur ki, Xoşqədəm xanım ondan teleaparıcılıqla bağlı məsləhət alırmış, filan hərəkəti necə elədim soruşurmuş. Hər halda bunu biz yox, aparıcı xanım özü söyləyir.
Sonda Xoşqədəm xanım Hidayətqızının Kanal D-yə açıqlamasını və Bırandın ermənilərə simpatiyasını əks etdirən görüntüləri təqdim edirik:
Short URL: http://www.cumhuriyyet.net/?p=57103