İçkili maşın sürənlərin cəzası yüngülləşdi – VİDEO

09.03.2016 - 10:36

ypxİnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklə sərxoş halda avtomobil idarə edənlərə qarşı cərimələr yüngülləşdirilib.

Xezerxeber.com xəbər verir ki, köhnə məcəllə ilə sərxoş sürücü hər hansı kobud qayda pozuntusu törətdikdə ona 400 manatdan 500 manata kimi cərimə tətbiq edilməklə sürücülük hüququ 1 ilə qədər məhdudlaşdırılırdı.

İndi isə eyni pozuntunu törədən sürücü ya 400 manat və 5 balla cərimə olunacaq, ya da sürücülük hüququ məhdudlaşdırılacaq.

Martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsi avtomobili sərxoş idarə edənlərin cəriməsini yüngülləşdirib.

Sərxoş halda qaydaları pozan sürücülərə qarşı hansı cəzanın tətbiq ediləcəyini yol polisi müəyyənləşdirir. Yol polisi həmin sürücünü 400 manat cərimə və 5 cərimə balı ilə cəzalandıra bilər və yaxud sürücülük hüququnun məhdudlaşdırılması üçün məhkəməyə göndəriş yaza bilər. Bu dəyişiklik əksər sürücülərin narazılığına səbəb olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=57131

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930