“Daxili bazarda qiymət intizamına nəzarət edilir“ – Qaradağda

09.03.2016 - 10:54

qaradaq-bazarAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ildə ölkədə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması, qeyri neft sektorunun inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması ilə bağlı müvafiq göstərişlər verilib

Bununla yanaşı daxili bazarda istehlak mallarının qiymətlərinə ciddi nəzarət etməklə süni bahalaşmanın qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında mühüm tapşırıqlar qoyulmuşdur.

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifə və tapşırıqlarının icrasını yüksək səviyyədə təmin etmək məqsədilə Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyi və aidiyyəti qurumları tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilməkdədir.

Ötən müddət ərzində rayonun inzibati ərazisində istehlak mallarının qiymətlərinə nəzarət edilməsi və süni bahalaşmaya yol verilməməsi məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə müvafiq komissiya yaradılmışdır. Bu komissiya tərəfindən rayonun inzibati ərazisində fəaliyyət göstərən bütün topdan və pərakəndə satış ticarət şəbəkələrində, həmçinin kənd təsərrüfatı məhsullarının satışı bazarlarında süni qiymət artımına yol verilməməsi məqsədilə gündəlik olaraq ərzaq məhsullarının bütün çeşidləri üzrə topdan və pərakəndə qiymətlərinə nəzarət tədbirləri və monitorinqlər davam etdirilmişdir.

Aparılmış monitorinqlər əsasən əhalinin gündəlik istehlak malları üzrə mal çeşidlərini, o cümlədən çörək, un, makaron, mal və qoyun əti, toyuq əti, şəkər tozu, kərə yağı, süd, pendir, yumurta, kartof, soğan, alma, armud, banan, portağal, mandarin, qoz, fındıq, şabalıd və sair ərzaq məhsullarını əhatə etmişdir.

Monitorinq zamanı müəyyən olunmuşdur ki, ərzaq məhsullarının qiymətlərində süni qiymət artımı müşahidə edilməmiş, Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən topdan, pərakəndə ticarət şəbəkələrində ərzaq və kənd təsərrüfatı məhsullarının satışı ilə müqayisədə mal, qoyun, toyuq əti, kartof və soğanın qiymətlərində orta hesabla 15-20 faiz aşağı qiymətlə satışı həyata keçirilmişdir.

Komissiya tərəfindən istehlak mallarının qiymətlərinə monitorinqlər davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=57142

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728