Yol polisləri qayda-qanun saymır – REAL VİDEO

09.03.2016 - 17:06

yolSəs siqnalı və sayrışan işıqdan istifadə etmədən qırmızı işıqdan keçib piyadalara təhlükə yaradırlar

Oxucular tərəfindən Avtosfer.az-ın elektron ünvanına Sumqayıt şəhərində Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının kobud qayda pozuntularını əks etdirən iki video göndərilib. Vidolardan biri fevralın 26-da, saat 18:00 radələrində Sumqayıt şəhərindəki «Səməd» market deyilən yerdə qeydə alınıb. Videdan da göründüyü kimi, dövlət nömrə nişanı tam aydın görünməyən Yol-Patrul Xidməti avtomobili 3-cü zolaqdan sağa dönür. Bu zaman yolu keçən piyadalara təhlükə yaradan DYP avtomobili az qala piyadalardan birini vursun.

Bundan əlavə, videodan açıq-aydın görünür ki, həmin DYP avtomobili svetoforun qırmızı işığından keçir.

İkinci videoda isə 99-YP-163 dövldət nömrə nişanlı YPX avtomaşını svetoforun qırmızı işığında hərəkət edir. Bu hadisə fevralın 28-də Sumqayıtdakı «Sevgilim» hadlıq evinin yaxınlığında baş verib.Yol polisləri əvvəlcə svetoforda dayansalar da, sağdan gələn «VAZ-2107» markalı avtomobili saxlamaq üçün qırmızı işıqda hərəkət edirlər.

Qanunvericiliyə görə, operativ nəqliyyat vasitələri, konkret olaraq yol polisi əməkdaşları yol hərəkəti qaydalarını o zaman poza bilərlər ki, onlar xüsusi səs siqnallarından və sayrışan işıqlardan istifadə etsinlər. Bundan əlavə, onlar qayda pozarkən təhlükəsizlik qaydalarına əməl etməli və digər hərəkət iştirakçılarının onlara yol verdiyinə əmin olmalıdırlar. Lakin bu videolardan görünür ki, Sumqayıt şəhər DYP-nin əməkdaşları ya sayrışan işıqlardan və səs siqnallarından istifadə etməyi bilmirlər, ya unudublar, ya da qayda pozmağa adi hal kimi baxırlar…

<p

Short URL: http://www.cumhuriyyet.net/?p=57233

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728