Banklara borcu olan vətəndaşlar üçün yeni xidmət

09.03.2016 - 23:28

bank1-300x203ətəndaşlar banklarla problemlərini antikollektor vasitəsilə həll edə bilər. ANS TV-nin məlumatına görə, borcunu vaxtında verə bilməyən vətəndaş bank tərəfindən hədə qorxuya məruz qaldığı zaman, antikollektora yaxınlaşmalıdır.
Burada vətəndaşın haqlı olub-olmaması haqqında məlumat dəqiqləşdirilir. Əgər şəxsin hüquqlarının pozulması təsdiqlənərsə, ona hüquqi yardım göstərilir. Antikollektor şirkətinin rəhbəri Əkrəm Həsənov antikollektorun fəaliyyətinin vətəndaşlara və sahibkarlara borcu ilə bağlı yaranan problemlər zamanı hüquqi köməklik göstərmək olduğunu, onların borclarına əlavə faiz və ya cərimə tətbiq edildiyi, yaxud da borcu qaytarmağa imkanı olmadığı, buna görə hədə qorxu gəlinərək qorxudulduğu halda antikollektorun köməyindən istifadə edə biləcəklərini söylədi.
Burada şifahi məsləhət pulsuz olsa da, xidmətlər ödənişlidir. Antikollektor şirkətləri də biznes subyekti kimi vergi ödəyicisidir. Hazırda bir sıra inkişaf etmiş ölkələrdə antikollektorlara müraciət geniş yayılıb. Xüsusilə qonşu Rusiyada bu təcrübədən çox istifadə olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=57259

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728