Sabah yağış yağacaq

10.03.2016 - 12:44

yaqisMartın 11-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə duman olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Cümhuriyyət.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 9-14 dərəcə, Bakıda gecə 5-7 dərəcə, gündüz 11-13 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir, yüksək dağlıq ərazilərdə sulu qar, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu Aran rayonlarında gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə, gündüz 5-10 dərəcə isti olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=57313

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728