Bakıda “Yuventus” klubunun məktəbi açıldı – Təhsil haqqı 250 avro

11.03.2016 - 17:29

yuventusBakıda İtaliyanın “Yuventus” futbol klubunun uşaq düşərgəsinin açılışı olub.

Cümhuriyyət.az report-a istinadən bildirir ki, tədbirdə klubun əfsanəvi futbolçusu David Trezege də iştirak edib.

Əvvəcə Turin şəhəri təmsilçisinin uşaq futbolu ilə bağlı layihəsindən bəhs edən süjet nümayiş etdirilib.

Ardından “Yuventus”un Futbol Məktəbləri üzrə İnkişaf mütəxəssisi Karolina Çiappero layihə barədə məlumat verib. O bildirib ki, 70-dən artıq ölkədə tərəfdaşları fəaliyyət göstərir. 5 yaşdan yuxarı 150 minədək uşağın layihəyə cəlb olunduğunu deyən K.Çiapperonun sözlərinə görə, məqsəd təkcə uşaqları futbolçu kimi yetişdirmək deyil, dəyərləri aşılamaqdan ibarətdir: “Biz hesab edirik ki, layihəyə cəlb olunmuş uşaqlar dünyada daha maarifləndirici işlər görə, futbol vasitəsilə əylənə biləcəklər. Uşaqlar bu layihəyə qoşulandan sonra şəxsiyyət kimi formalaşacaqlar. Bu, onların futbolla məşğul olub-olmamaları ilə əlaqədar deyil. Bu layihəyə qoşulan gənclər yüksək səviyyədə hazırlıq keçəcəklər”.

Layihəyə azərbaycanlı məşqçilərin də cəlb olunacağını deyən K.Çiappero onların italiyalı mütəxəssislərlə birgə sıx işləyəcəklərini vurğulayıb.
“JuAzerbaijan”ın baş meneceri Anar Məmmədov “Yuventus”un uşaq düşərgəsinin Bakı Olimpiya Stadionunda açılacağını söyləyib. Onun sözlərinə görə, ilk düşərgə 6 – 12 iyunda, ikincisi isə 13 – 19 iyunda açılacaq. Hər bir düşərgəyə 90 uşaq qəbul olunacaq. Məşqlər “Yuventus”da müxtəlif yaş qruplarında, o cümlədən, əsas komandada təcrübəyə malik 3 mütəxəssisin rəhbərliyi altında keçiriləcək. İşə 3 azərbaycanlı mütəxəssis və tərcüməçi də cəlb olunacaq: “Yuventus”un məşqləri çox fərqlidir. Məşqçilərdə uşaqlara fərdi yanaşma var. Bu metodika sayəsində uşaq bir həftəlik dərsdən sonra futbola yeni baxışla yanaşır. Əsas məqsədimiz uşaq futbolunu inkişaf etdirmək və “Yuventus”un tanınmasında rol oynamaqdır. Düşərgəyə həm peşəkar, həm də adi futbolsevər uşaq cəlb oluna bilər. Məşqlər 9 – 18:00-da keçiriləcək. Bu müddətdə iki saatlıq fasilə veriləcək. Stadionda hər ehtimala qarşı təcili tibbi yardım olacaq. Dərslərin sonunda sertifikatlar veriləcək.

Təhsil haqqı 250 avro olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=57512

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728