TQDK: 3 nəfər başqasının yerinə imtahan vermək istəyib

14.03.2016 - 10:37

tqdkTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ölkənin bütün peşə liseylərinin (cəmi 45) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirib.

Cümhuriyyət.az TQDK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, imtahan 24 şəhər və rayonda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Qusar, Xaçmaz) təşkil olunub.

İmtahanlar bütün mərkəzlərdə eyni vaxtda – saat 12:00-da başlayıb və 2 saat 45 dəqiqə davam edib. İmtahanların idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanıb və imtahan prosesinin gedişinə nəzarət olunub.

“Qərargaha verilən məlumata görə 3 nəfər şagird imtahan binasına mobil telefonla daxil olmağa, 3 nəfər isə buraxılış zamanı başqasının yerinə imtahana girməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb və bu hallarla bağlı yerində akt tərtib olunub”, – TQDK-dan bildirilib.

Bu gündən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq və nəticələr yaxın günlərdə elan ediləcək.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı TQDK-nın internet saytından və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Short URL: http://www.cumhuriyyet.net/?p=57605

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31