Sabah Azərbaycanda qar proqnozlaşdırılır

14.03.2016 - 14:02

qarMartın1 5-də Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Cümhuriyyət.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9, Bakıda gecə 5-7, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı bildirilir. Dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 3-8, gündüz 8-13 dərəcə isti, dağlarda 0-5 şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=57656

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31