Suraxanı rayon İcra Hakimiyyəti məktəblərdən sovqat adı ilə pul yığır

14.03.2016 - 15:08

tehsilrusvetSuraxanı rayonu ərazisindəki orta məktəblərdə təhsil alan şagirdlərdən bayram xonçası düzəldilməsi üçün 2 manat vəsait tələb edilir. Əslində 2 manat nədir ki, deyib keçmək olardı. Amma keçmədik. Çünki səbəbi var. Səbəbi düzəldilən xonçaların məhz Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən tələb olunmasıdır.

Sinif rəhbərlərinin şagirdlərə verdiyi məlumata görə, məktəb direktorları hər sinifdə bir bayram xonçasının hazırlanması göstərişini verib. Sinifdə oxuyan şagirdlərin valideynləri də 2 manatdan yığaraq xonçanı düzəltmək üçün lazım olan qoz-fındıq, şirniyyat, meyvə alıblar.
Araşdırma zamanı bəlli olub ki, orta məktəblərdən əldə edilən bayram xonçalarını Suraxanı rayon İcra Hakimiyyəti öz adından uşaq evləri, internat məktəblərinə bayram sovqatı kimi aparacaq.
Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarovla əlaqə saxladıq. Şöbə müdiri isə deyilənlərin şayiə olduğunu bildirdi:
“Bizim məktəblərlə hər hansı əlaqəmiz yoxdur ki, orda pul ya da başqa nə isə yığdıraq. Bunlar hamısı şayiədir”.
B.Barxudarov deyib ki, indiyə qədər belə hal baş verməyib:
“Bayramlarda uşaq evləri, internat məktəblərinə yardımlar edirik, amma öz daxili imkanlarımız hesabına. Heç kim deyə bilməz ki, nə vaxtsa, kimdənsə bunun üçün nə isə tələb etmişik. Hansı məktəbdə bizim adımızdan pul yığılırsa, bu, bizim problemimiz deyil”.
Qeyd edək ki, rayon ərazisində 35 orta ümumtəhsil məktəbi var.

Short URL: http://www.cumhuriyyet.net/?p=57671

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31