Azərbaycanda regional elektrik şəbəkələri ləğv edildi

15.03.2016 - 09:53

elektrik-oturucu-direkNazirlər Kabineti “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi (Bakı) – Bakı şəhərinin enerji təchizatı və satışı idarələri, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi və Qobustan Rayon Elektrik Şəbəkəsi elektrik enerjisinin ötürülməsi və paylanması xidmətlərini göstərəcək.

Bundan əvvəl isə, bu xidməti “Abşeron Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirirdi.

Bundan başqa, Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi (Sumqayıt) – Sumqayıta, Siyəzənə, Şabrana, Xızıya, Xaçmaza, Qubaya və Qusara, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) – Şirvana, Hacıqabula, Salyana, Neftçalaya, Biləsuvara, Cəlilabada, Masallıya, Lənkərana, Yardımlıya, Lerikə və Astaraya, Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Gəncə) – Gəncəyə, Göygölə, Samuxa, Şəmkirə, Tovuza, Gədəbəyə, Daşkəsənə, Qazaxa və Ağstafaya, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi, (Mingəçevir) – Mingəçevirə, Goranboya, Naftalana, Tərtərə, Bərdəyə, Yevlaxa, Ağdaşa, Ucara, Göyçaya və Ağsuya, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (İmişli) – İmişliyə, Beyləqana, Füzuliyə, Ağcabədiyə, Ağdama, Zərdaba, Kürdəmirə, Sabirabada və Saatlıya və Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Qəbələ) – Qəbələyə, Şamaxıya, İsmayıllıya, Oğuza, Şəkiyə, Qaxa, Zaqatala və Balakənə elektrik enerjisinin ötürülməsi və paylanması xidmətlərini göstərəcəklər.

Short URL: http://www.cumhuriyyet.net/?p=57721

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31