Deputat Gəncə-Bakı aviareyslərinin sayının artırılmasını istədi

15.03.2016 - 14:26

musa-quliyevGəncə-Bakı marşrutu ilə aviareyslərin hər gün həyata keçirilməsi təmin edilməlidir.

“Report” xəbər verir ki, bu təkliflə deputat Musa Quliyev Milli Məclisin bugünkü plenar iclasında hökumətin 2015-ci il hesabatının müzakirəsi zamanı çıxış edib.

“Gəncə-Bakı aviareysi bir qaydaya salınmalıdır. Bunun üçün elə bir böyük vəsait də tələb olunmur. Bu reys gah həyata keçirilir, gah da yox. Bu aviareysdən təkcə həmin bölgənin insanları istifadə etmir. Bu istiqamətdə hər gün təyyarə reyslərinin təmin olunmasını xahiş edirəm”, – deyə millət vəkili qeyd edib.

Qeyd olunur ki, hazırda bu marşrutla aviareyslər həftədə üç dəfə (I, V və VII günlər) yerinə yetirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=57780

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31