Bakıda 1000-dən çox binanın aqibəti ilə bağlı AÇIQLAMA – VİDEO

16.03.2016 - 10:51

sokuntuNazirlər Kabinetinin qərarı ilə paytaxtda söküləcək 1000-dən artıq binanın aqibəti ilə bağlı yeni açıqlama verilib. Dövlət Tikinti Və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib ki, artıq həmin rayonların rəhbərlikləri ilə danışlıqlar aparılıb və müəyyən qərarlar qəbul olunub.

Paytaxtdakı köhnə binaların sökülməsi ilə bağlı müvafiq rayon icra hakimiyyətlərinin rəhbərləri ilə danışıqlar aparılıb.

Qərara alınıb ki, söküləcək ərazilər üzrə prespektiv plan hazırlandıqdan sonra söküntü işlərinə başlanılsın. Bunu dövlət tikinti və arxitektura komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Sədr müavinin sözlərinə görə, söküləcək binaların sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqları veriləcək. Həmin ərazidə tikiləcək yeni binalardan isə sakinlər yeni mənzillər ilə təmin olunacaqlar. Bu prosedurların həyat keçirilməsi üçün isə icra hakimiyyəti orqanlarına 5 illik səlahiyyətlər verilib.

Dövlətxan Dövlətxanov həmçinin 10 mərtəbədən ibarət binaların inşası ilə bağlı bəzi nüanslara da aydınlıq gətirib. Onun sözlərinə görə, hər bir tikiləcək binanın mərtəbələrinin sayı həmin ərazinin infrastrukturu və orada yaşayan əhalinin sosial tələbatına görə müəyyən edilir.

xəzərxəbər

Short URL: http://www.cumhuriyyet.net/?p=57876

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31