Məşhur ağrıkəsiciylə bağlı ilginc məlumat – Saxta variantı satılır?

16.03.2016 - 11:50
nimesilGüclü ağrıkəsici həb hesab olunan, Almaniya istehsalı “Nimesil” suspenziyası barədə ilginc məlumatlar yayılıb.
Bu barədə cebhe.info-ya şikayət daxil olub. Şikayətə görə, apteklərdə ağrıkəsici kimi istifadə olunan bu dərmanın iki fərqli variantda satışı təşkil olunur. Həbdən mütəmadi istifadə edən Bakı sakininin sözlərinə görə, bu günə qədər aldığı “Nimesil” dərmanının qutusunun hər iki tərəfi yazılı olub. Amma son “Nimesil”in qutusunda əks olunan yazılar və görüntülər tam fərqlidir.
Şikayətçi həmin suspenziyanı hazırlayıb qəbul etdikdən sonra da dadında fərq hiss etdiyini deyir: “Mən bu dərmanı mütəmadi qəbul edirəm. Çünki təsiri yaxşıdır. Ağrını tez kəsir və əhvalı yaxşılaşdırır. Amma son aldığım “Nimesil”lə bağlı nəsə şübhələrim oldu. Evə gətirəndə qutusunda əvvəlki həblə müqayisədə fərqlilik müşahidə etdim. Amma buna baxmayaraq qutunun içərisindəki tozu hazırlayıb qəbul etdim. Dadında fərq vardı. Həm də ağrını kəsmədi. Mənə elə gəlir ki, bu dərmanın saxta variantı satılır. İstehsalçı ölkə niyə fərqli qutular buraxsın ki?”
Məsələ ilə bağlı Zivərbəy Əhmədbəyov küçəsində yerləşən apteklərdən birinə baş çəkdik və mövcud şikayətlə bağlı əlimizdə olan fotoları təqdim etdik. Əczaçı xanımın sözlərinə görə, belə fərqli qutulara onların aptekində də təsadüf edilib: “Əslində hər iki qutuda firmanın adı göstərilib. Bunlar “Berlin Xemi” firmasının dərmanlarıdır. Bu dərman Almaniya istehsalıdır. Əgər qutunun üzərində “Belin Xemi” sözü yazılmasaydı, başqa səbəb düşünmək olardı. Yəni bu olur, qutularda belə fərqlilik çıxır. Amma saxta deyil. Bizdə də belə hallar olub.
Depodan soruşmuşuq, bizə deyiblər ki, qutudan belə çıxır”.
Şikayətçinin göndərdiyi fotoları təqdim edirik:

Short URL: http://www.cumhuriyyet.net/?p=57894

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31