Füzulinin icra başçısı Bakıdakı köçkünlərlə görüşüb – Fotolar
Prezident İlham Əliyevin “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” tövsiyəsinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti görüş keçirib
Rayon İcra Hakimiyyətinin Bakı nümayəndəliyi füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Sumqayıt şəhərində, Bakı şəhərinin Yasamal və Binəqədi rayonlarında vətəndaşlarla görüşlər keçirib, məcburi köçkünlərin problemləri, təklif və qayğıları ilə maraqlanıb. İcra başçısı Alı Alıyev isə Bakı şəhərində Nərimanov rayonunda füzulili məcbiri köçkünlərlə görüşüb, söhbət edib, onların problem və qayğılarını dinləyib.
Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi olaraq keçirildiyini bildirib. Görüşdə Alı Alıyev ölkə başçısının Füzuliyə və füzulililərə olan diqqət və qayğısından danışıb, rayonda görülən işlərindən və görülməsi planlaşdırılan tədbirlərdən bəhs edib.
Alı Alıyev qeyd edib ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəbləri, bu sahədə nəzərəçarpan nöqsanların dərhal həll edilməsi, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin olunmasıdır.
Görüşdə Füzuli rayonundan olan məcburi köçkünlərin müraciət və təklifləri dinlənilib. Məcburi köçkünlər tərəfindən qaldırılan məslələrdən həlli mümkün olanları yerindəcə həll edilib, digər qaldırılmış məsələlər həll edilməsi üçün nəzarətə götürülərək aiddiyati üzrə göndərilib.
Füzulili məcburi köçkünlər müraciətlərinin həmişə diqqət mərkəzində saxlanıldığını bildiriblər, ən böyük arzularının isə işğal altında olan torpaqlara qayıtmaq olduğunu qeyd ediblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=57929