Əfv sərəncamı nə vaxt veriləcək?
“Novruz bayram ilə əlaqədar bu gün və ya sabah əfv sərəncamı imzalana bilər”.
Bunu azvision.az-a açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
“Sərəncam bu gün də imzalana bilər, sabah da. Konkret sərəncamın nə vaxt imzalanacağı prezidentin İlham Əliyevin müstəsna səlahiyyətindədir”, – deyə Ə.Nuriyev vurğulayıb.
Komissiyanın digər üzvü Rəşad Məcid isə əfv siyahısının prezidentə təqdim olunduğunu qeyd edib: “Biz siyahını hazırlayıb, prezidentə təqdim etmişik. Ancaq sərəncamın nə zaman imzalanacağından xəbərsizəm”.
Qeyd edək ki, dövlət başçısına təqdim edilən siyahıda 140 nəfərə yaxın məhbusun adı var.
Short URL: http://www.cumhuriyyet.net/?p=57939