AZAL Praqa və Milana uçuşları dayandırır

17.03.2016 - 13:03

azal2“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Praqa və Milan istiqamətində həyata keçirdiyi reyslər sərnişin azlığı səbəbindən müvəqqəti dayandırılıb.

Bunu “Report”a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Mətbuat katibi bildirib ki, sözügedən istiqamətdə reyslər ləğv edilməyib: “Bu reyslərə yaya qədər fasilə verilib. Göstərilən marşrutlar üzrə uçuşlar iyun ayından etibarən bərpa ediləcək. Hazırda bu istiqamətlərə qeyd edilən vaxta bilet almaq mümkün olasa da, uçuşlar yalnız iyundan başlayacaq”.

P.Kəsəmənski qeyd edib ki, həyata keçirilən Milan (A320-200 təyyarəsi) aviareysi üzrə Bakıdan sonuncu uçuş aprelin 1-də, Praqa (A 320 təyyarəsi) marşrutu üzrə isə martın 30-da həyata keçiriləcək. Şirkət sözügedən marşrutlar üzrə uçuşları Milana iyunun 10-dan, Praqaya isə iyunun 1-dən bərpa edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=58046

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31