Bu bankdan dollarla krediti olanlara güzəşt

17.03.2016 - 16:34

bank3“Bank of Baku” krediti dollar valyutasında olan müştərilər üçün Novruz bayramına özəl olaraq yeni güzəşt imkanı təqdim edib.

Bankdan verilən məlumata görə, dollar valyutasında kredit götürmüş müştərilər 17 və 18 mart tarixlərində banka müraciət etməklə, borc öhdəliyinin qalan hissəsini manata çevirə bilərlər.

Bu güzəşt imkanından dollarda kredit götürən bütün müştərilərin maksimum dərəcədə faydalanmasına imkan yaradılacaq. Təminatlı şərtlərlə kredit götürən müştərilərin müraciətlərinə fərdi qaydada baxılacaq. Bunun üçün kredit tarixçəsindən asılı olaraq müştərilərdən borcun müəyyən – minimum 10%-dən başlayan hissəsini bankın cari məzənnəsi ilə ödəmələri tələb olunur. Bu əməliyyatın icrası üçün komissiya haqqı nəzərdə tutulmayıb.

Novruza özəl olaraq start verilən bu güzəşt kampaniyası çərçivəsində dollar kreditini manata çevirmək istəyən müştərilər, krediti rəsmiləşdirdikləri və ya istənilən filiala müraciət edə bilərlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=58087

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31