Sürücüyə gündə bir dəfə cərimə yazılacaq

18.03.2016 - 12:00

surucu1Kəmər bağlamayan sürücülərin addımbaşı cərimələnə bilməsi məsələsinə aydınlıq gətirilib. Yeni İnzibati Xətalar Məcəlləsində sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə elektron protokol (MMX protokol) tərtib olunması nəzərdə tutulur.

Lakin ortaya sual çıxırdı ki, sürücüyə hər kamera qarşısından keçəndə protokol yazılacaqmı?

Virtualaz.org xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun bildirdiyinə görə, yeni dəyişikliyə əsasən, eyni sürücüyə kəmərlə bağlı bir gündə yalnız bir elektron protokol tərtib edilə bilər.

“Amma həmin sürücüyə DYP əməkdaşı yerində saxlamaqla kəmərə görə məhdudiyyətsiz sayda protokol (cərimə) yaza bilər. Açığı, mən bu dəyişikliyi bəyənmirəm. Kəmər həmişə bağlı olmalıdır. Kəməri bağlamayan sürücünü isə hər addımda cərimələmək lazımdır”, – ekspert belə deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=58164

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31